Millimizin Millətlər Liqasındakı rəqibləri-MƏLUM OLDU – FOTOLAR

Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Püşkatmaya əsasən millimiz Monteneqro, Kipr Lüksemburq ilə qarşılaşacaq.

Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Qeyd edək ki, UEFA Millətlər Liqasının ilk turunun oyunları sentyabrın 1-dən 3-dək keçiriləcək. Növbəti turlar isə 6-8 sentyabr, 8-10 oktyabr, 11-13 oktyabr, 12-14 və 15-17 noyabrda təşkil olunacaq.

Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

Etikxeber.az

Read Previous

“Yəqin ki, Prezidentin son fikirlərindən ciddi dərs çıxararlar…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

2400-dək ümumtəhsil məktəbində dezinfeksiya işləri aparılıb – TƏHSİL NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir