Millimizin üzvündən “fair-play” nümunəsi

İyirmi bir yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvü, karyerasını Türkiyənin “1207 Antalyaspor Döşəməaltı Bələdiyyəspor” futbol klubunda davam etdirən Aysun Əliyeva “fair-play” nümunəsi göstərib.

Etikxeber.az xəbər verir ki, 19 yaşlı futbolçu “Kireçburnu”-“1207 Antalyaspor Döşəməaltı Bələdiyyəspor” oyunu zamanı zədələnən və meydanı tərk etməkdə çətinlik çəkən rəqib komandanın futbolçusu İjeoma Queenth Danielsi kürəyinə alaraq, meydandan çıxarıb.

Qeyd edək ki, A.Əliyeva 2012-ci ildə ölkəmizdə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatında millimizin heyətində çıxış edib.

Etikxeber.az

Read Previous

Roqozin Tvitter səhifəsində Bakının şəkillərini paylaşdı – FOTOLAR

Read Next

Xəzərdə baş vermiş qəza ilə bağlı cinayət işi başlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir