Millimizin voleybolçusu “Yamamay”-“Firenze” görüşünün ən dəyərli oyunçusu seçildi

Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunlarına yekun vurulub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Odina Bayramovanın çıxış etdiyi “Firenze” komandası “Yamamay”ın qonağı olub.

Görüş yığmamızın üzvü üçün uğurlu olub. “Firenze”nin 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada Odina Bayramova ən dəyərli oyunçu seçilib. Millimizin kapitanı görüşdə bombardirliyə də şərik olub. O, komanda yoldaşı İndra Sorakayte ilə hamıdan çox – 14 xal toplayıb.

Hesabında 11 xal olan “Firenze” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Modena” ilə qarşılaşacaq.

Etikxeber.az

Read Previous

Statistika Komitəsi: Kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilib

Read Next

Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində işləri yekunlaşdı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir