Millimizin yeni ildə ilk sınağı Rusiyada olacaq

Futbol üzrə Azərbaycan millisi üçün yeni ildə ilk sınaq Rusiyada olacaq.

Etikxeber.az xəbər verir ki, təmsilçilərimizin qatıldığı ilk turnir Sankt-Peterburqda təşkil olunacaq ənənəvi beynəlxalq yarış olacaq. FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirin daimi iştirakçısına çevrilən ölkəmizi bu dəfə U-19 yığması təmsil edəcək. Peterburq İdman Konsert Kompleksinin qəbul edəcəyi yarış yanvarın 8-dən 21-dək keçiriləcək.

Bu dəfə 16 yığmanın qatılacağı yarışda 1999-cu və daha kiçik təvəllüdlü futbolçular mübarizə aparacaqlar.

Rusiyanın iki komanda – milli və təşkilatçı şəhərin yığması ilə təmsil olunacağı yarışın iştirakçıları dörd qrupda qüvvəsini sınayacaq. Sonra isə komandalar tutduğu yerdən asılı olaraq daha üç matç keçirəcəklər.

Azərbaycan millisi “C” qrupunda yer alıb. Təbriz Həsənovun yetirmələri Litva, Qazaxıstan və Slovakiya ilə üz-üzə gələcək. Mükafatlara iddiasını davam etdirmək üçün komandamız ilk iki pillədən birini tutmalıdır. Digər halda, komandamız doqquzuncu yer uğrunda mübarizə aparmalı olacaq.

Etikxeber.az

 

Read Previous

Hadi Rəcəblidən “mənzil məsələsi”nə sərt təpki gəldi: “Ağ yalandır”

Read Next

“Qarabağ” klubu millimizin hücumçusunu heyətinə qatıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir