Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ATƏT-in Minsk qrupu Azərbaycana qarşı işğalçılıq siyasətinin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır.
Etikxeber.az məlumat verir ki, bunun Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı danışıb.
O, qeyd edib ki, Minsk qrupunun üzvləri işğal dövründə dəfələrlə Qarabağda olublar:
“Bizim getməyə imkanımız olmayan yerləri onlar görüblər. Ermənilərin orada törətdiyi vəhşiliklərin şahidi olublar. Bununla belə cinayəti görüb susublar. Ona görə biz Minsk qrupunu beynəlxalq məhkəməyə verməliyik”.
S.Rüstəmxanl həmçinin əlavə edib ki, milyarderlər Qarabağın bərpasına öz vəsaitləri ilə dəstək olmalıdırlar:
“Onlar Qarabağ üçün pul xərcləmirlərsə, nə əhəmiyyəti var?”
Etikxeber.az