“Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək”- PREZİDENTİN KÖMƏKÇİSİ

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri başa çatıb.

Etikxeber.az-ın xəbərinə görə, diplomatlar Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə və digər dağıdılmış abidələrə baxıb, Mincivan yaşayış məntəqəsinə baş çəkiblər.

Bundan əvvəl isə onlar Cəbrayılda dağıdılmış qəbiristanlığa, “Çinar” çay evinin qalıqlarına və qədim Xudafərin körpüsünə baş çəkib, dağıdılmış mədəniyyət sarayının qalıqları arasında canlı skripka ifasına qulaq asıblar.

“Biz Azərbaycanın yaxın tərəfdaş olduğu ölkələrin, beynəlxalq təşkilatların işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesində iştirakını görmək istərdik”. 

Bunu isə Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. 

O, bildirib ki, Azərbaycan həmçinin beynəlxalq təşkilatların, xüsusilə UNESCO-nun və digərlərinin fakttoplama prosesində iştirakını və hesabat hazırlamalarını görmək istəyir:

“Bu mədəni, dini yerlərin Ermənistan tərəfindən necə dağıntılara məruz qoyulmasının sənədləsməsini istəyirik”. 

H. Hacıyevin sözlərinə görə, Azərbaycan 30 ilə yaxın dağıntılarla bağlı faktaraşdırıcı missiyalar göndərməklə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bu, heç vaxt baş verməyib:

“Bu gün artıq imkan var, hər şey açıqdır. Onlar gələ bilərlər”.

Sonra “Sovetlər dövründə Mincivan regional nəqliyyat habı rolu oynayıb. Lakin erməni işğalından sonra tamamilə məhv edilib. Dəmir yolu relsləri metal kimi satılıb. Biz bu nəqliyyat habını yenidən bərpa etmək niyyətindəyik”-deyən H. Hacıyev ümid etdiyini bildirib ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək:

“Eləcə də bütün məsələlərdən lazımi nəticə çıxaracaq”.

Etikxeber.az

Read Previous

Mingəçevir Şəhidləri: Hər gün analarının yuxusuna girən Şəhid qardaşlar-Tural və Musa Həsənovlar, ölümündən 4 ay sonra övladı dünyaya gələn Məhəmməd Məmmədli-TALIŞDAN, SUQOVUŞANDAN DAŞALTIYACAN DÖYÜŞ YOLU KEÇƏN ŞAHMAR SEYİDOV…-KAMİL HƏMZƏOĞLU YAZDI – (BİRİNCİ HİSSƏ)

Read Next

23 yaşlı…Şəhid Şahmar Seyidov…Haqsızlıqla üzləşən-ŞƏHİD ANASI…-KAMİL HƏMZƏOĞLU YAZDI – (İKİNCİ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir