Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-29 noyabr 2023-cü il tarixində Bakı şəhərində, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Mingəçevirli İkinci Vətən Müharibəsi, 2022-ci il “Qisas” əməliyyatı və 19-20 sentyabr 2023-cü il lokal xarakterli antiterror əməliyyatı Şəhidləri ilə bağlı tədbir düzənlənib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Mingəçevirdən olan 60-a yaxın Şəhidin ailə üzvləri-Şəhid anaları, Şəhid ataları, digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, Mərkəzi Zabitlər Evinin əməkdaşları, ziyalılar və digər şəxslər iştirak ediblər.
Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlərlə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra çıxışlar edilib.
Şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından, tarixi Qələbə və Zəfərimizdən bəhs edilib.
Şəhidlərlə Fəxr edildiyi, Qürur duyulduğu, onların unudulmadığı və unudulmayacağı ifadə olunub.
Tanınmış jurnalist, əslən Mingəçevirli Səbuhi Mübarizoğlu (Abbasov) ötən müddətdə 16 Mingəçevirli Şəhidlə bağlı film hazırlanaraq, telekanallarda nümayiş etdirildiyini bildirib.
Əlavə edib ki, yaxın gələcəkdə Mingəçevirdən olan digər Şəhidlərlə də bağlı filmlər hazırlanacaq.
O, eyni zamanda təklif edib ki, Mingəçevir Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Kür çayının qırağında, boş sahədə “Zəfər seyrangahı” yaradılsın.
Bildirib ki, artıq “Zəfər seyrangahı”nın ilkin layihəsi də hazırlanıb.
Çıxışlarda həmçinin, tədbirin təşəbbüskarı və təşkilatçıları olan Mingəçevirli iki Şəhid anası Sevinc Əhmədovaya, Bərdəli Şəhid anası Mehparə Qəribovaya, Mingəçevirli Şəhid anası Saqibət Xankişiyevaya, Müdafiə Nazirliyinə, Mərkəzi Zabitlər Evinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Çıxışlardan sonra-tədbirin bədii hissəsində Mərkəzi Zabitlər Evinin əməkdaşları tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Tədbirin sonunda xatrirə fotoları çəkdirilib.
13:10
***
FOTOLAR:











18:30
***







19:00
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az