Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhəri, “Günəşli” yaşayış məhəlləsi…
Saat 09:30…
Şəhid qardaşlar-Tural və Musa Həsənovlar…
Mingəçevirin İkinci Vətən Müharibəsinin Şəhidləri…
İki övlad, iki qardaş, iki Şəhid…
Hər ikisi də ailəli, övlad atası…
Turalın iki oğlan, Musanın bir qız övladı (qızının biri-bir yaşlı İnci isə bir neçə ay öncə xəstəlikdən dünyasını dəyişib) Vətənə əmanət qalıb…
Hazırda Tural və Musa Həsənovların valideynlərinin-Nəhayət və Tapdıq Həsənovların, həm də Musanın ailəsinin (həyat yoldaşının və qızının) yaşadığı evdəm…
Bir neçə dəfə bu evdə, həmçinin, Turalın evində olmuşam…
Şəhid qardaşların valideynlərini, ailə üzvlərini, əzizlərini ziyarət etmişəm…
Hələ bir neçə ay öncə Şəhid qardaşların adını daşıyan ilk bulağın, eləcə də Turalın mövludu, Cənnətdəki ilk ad günü ilə bağlı təşkil edilən izdihamlı mərasimdə iştirak etmişəm…
Bugünkü gəlişim, ziyarətim də səbəbsiz deyil…
Belə ki, bu gün, bir azdan Şəhid qardaşların adını daşıyan ikinci “Şəhidlər bulağı” və xatirə lövhəsinin açılış mərasimi olacaq…
Mərasimdən öncə isə Şəhid qardaşların Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarları ziyaət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar oxunacaq…
Ziyarətdə Şəhid qardaşların ailə üzvləri, yaxınları, şəhər sakinləri, digər Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər…
Təxminən bir saat davam edəcək ziyarətdən sonra isə Şəhid qardaşlarn adını daşıyan bulağın və xatirə lövhəsinin açılış mərasimi başlayacaq…
Mərasimin sonunda ehsan süfrəsi açılacaq, cəmi Şəhidlərin ruhlarına dualar ediləcək…
Allah Şəhidlərimizin, Şəhid qardaşların məkanlarını cənnətlik etsin!
Böyük Yaradan Şəhid qardaşların ailə üzvlərinə, Məğrur və Dik duruşlu valideynlərinə səbr və dözüm versin!
09:50
***
Saat 11:00…
Mingəçevir Şəhidlər Xiyabanı…
Şəhid anaları, Şəhid ailələri, Şəhid ataları, Şəhid yaxınlar, şəhər sakinləri…Şəhid qardaşların ailəsinə dəstək olmağa, Tural və Musa Həsənovların məzarlarını ziyarətə gəliblər…
Sevinc xanım, Radə xanım, Simuzər xanım, Mehparə xanım, Tahirə xanım, Səidə xanım, Ümmü xanım, Saqibət xanım, Sayad xanım, Elnarə xanım, Samirə xanım, Xanımnaz xanım, Fazil kişi, Kamran kişi və digər neçə-neçə Şəhid anası, Şəhid atası, Şəhid ailələri…
Tural və Musa Həsənovların anası Nəhayət xanım başda olmaqla, Şəhid qardaşların yaxınları, Şəhidlər Xiyabanına toplaşanlar, ziyarətçilər Şəhidlərin bir-bir məzarlarını ziyarət edir, üzərlərinə gül dəstələri düzür, ruhlarına dualar edirlər…
Ziyarət təximən bir saata yaxın çəkir…
Və sonra Şəhid qardaşların valideynlərinin yaşadığı evə. ocağa üz tutulur…
12:20
***
Yenə “Günəşli” yaşayış məhəlləsi…
Yenə Tural və Musa Həsənovların valideynlərinin yaşadığı ev…
Şəhid qardaşların atası Tapdıq kişi:
“Övladlarımdan hər zaman razı olmuşam…Şəhid olduqları üçün demirəm…Heç zaman bir sözümü iki etməyiblər, etmirdilər…Bir iş olanda, bir iş tapşıranda Tural deyərdi ki, mən gedirəm, mən həll edərəm, Musa deyərdi ki, yox, mən gedirəm, mən həll edərəm…Həm də iki qardaş bir-birini çox istəyirdi, bir-birinin yolunu, hörmətini saxlayırdı…Həm qardaş, həm sirdaş, həm də dost idilər…Övladlarımla dünən də Fəxr etmişəm, bu gün də Fəxr edirəm, sabah da, hər zaman da Fəxr edəcəyəm…Həm gözəl övladlar olduqları, həm də Şəhid olduqları üçün…Fəxr edirəm ki, belə oğlulların atasıyam!”
Şəhid qardaşların anası Nəhayət xanım:
“Mən də Fəxr edir, Qürur duyuram ki, Vətən üçün belə İgid, Qəhrəman övladlar yetişdirmişəm…Onlar Vətən üçün, el üçün doğulmuşdular, Vətən yolunda, el yolunda da getdilər, Şəhid oldular, Şəhidlik zirvəzinə ucaldılar…Onlar bir ailənin övladlarından bütün Azərbaycanın, Azərbaycan xalqının övladlarına çevrildilər, bizi özləri ilə bərabər bütün Azərbaycana tanıtdılar…Mən iki övladım, iki oğlum var idi…İndi geridə qalanlarım, övladlarım yoxdur…Nə qədər çətin, nə qədər acı olsa da, övladlarımın xatirəsinin yaşaması, yaşadılması üçün yaşayıram, dözürəm…Mən təkcə Turalla Musanın yox, bütün Şəhidlərin anasıyam, 3 min Şəhidin anasıyam, hamısı mənim balalarımdır…Hamısının ruhu qarşısında baş əyirəm!”
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az