Mingəçevirli 2022-ci il Qanlı sentyabr Şəhidi-TƏRLAN RZAYEVİN BU GÜN ANIM GÜNÜDÜR, ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Mingəçevirin 2022-ci il Qanlı sentyabr Şəhidi Tərlan Pərviz oğlu Rzayevin Anım Günüdür.

Tərlan Rzayevin bu gün Əbədiyyətə uğurlanmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, əslən İsmayıllı rayonunun Qubaxəlilli kəndindən olan Tərlan Rzayev 2003-cü ilin iyul ayının 1-də dünyaya gəlib, Mingəçevir şəhərində yaşayıb.

Ailənin iki oğlan övladından biri olub.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb.

O, hərbi xidmətini başa vurmasına cəmi 3 ay qalmış-2022-ci ilin sentyabr ayının 13-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Nəşi bir gün sonra-14 sentyabr tarixində, günorta saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

19 yaşında Şəhid olan Tərlan həm də subay idi.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, qısa çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Şəhid ailəsinə, anası Sevil xanıma Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidliyinin birinci ildönümü ilə bağlı “Samux” şadlıq sarayında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Şəhidlərin xatirəsi bir dəqiqəıik sükutla yad olunub, Şəhidin ruhuna bir daha dualar oxunub, bir daha çıxışlar edilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müəllim və şagirdlər, Mingəçevir şəhər İsmayıllı rayon İcra Hakimiyyətlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:20

***

FOTOLAR:

15:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb-MN

Read Next

“Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır…Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir