Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Ruslan Cəfərlinin Cənnətdəki dördüncü doğum günü ata-baba yurdunda, Yardımlı rayonunda da-QEYD OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Əslən Yardımlıdan olan Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi-ailənin iki övladından biri, ailənin tək və subay oğlu, üç medallı Ruslan Nəcəf oğlu Cəfərlinin Cənnətdəki dördüncü doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün-24 may 2024-cü il tarixində ata-baba yurdunda, Yardımlı rayonunun Bozayran kənd orta məktəbində tədbir düzənlənib.

Etikxeber.az xəbər verir ki, 1995-ci ilin 25 may tarixində Mingəçevir şəhərində dünyaya gələn və 2020-ci ilin 21 noyabr tarixində Əbədiyyətə uğralanan Ruslan Cəfərlinin Cənnətdəki dördüncü doğum gününə həsr olunmuş tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ruslan Cəfərli də daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar edilib.

Bozayran kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, Yardımlılı İkinci Vətən Müharibəsi Şəhidi Əli Nuru oğlu Rzalının yaxın qohumu Nüranə Paşayevanın aparıcılıq etdiyi tədbirdə çıxışlar olunub.

Çıxışlarda Ruslan Cəfərlinin keçdiyi 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Tədbirdə həmçinin, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Eyni zamanda, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Bu zaman çox təsirli, çox kövrək anlar yaşanıb.

Tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər

Şəhidin valideynləri-Tahirə xanım Nəcəf Cəfərov da tədbirin təşkil edilməsində əməyi, zəhməti keçənlərə-sözügedən məktəbin rəhbərliyinə, xüsusilə, Şəhid doğmaları-Azərbaycan dili və ədəbiyyat müəllimləri Nüranə və Xəqani Paşayevlərə öz minnətdarlıqlarını dilə gətiriblər.

Onlar eyni zamanda, tədbirin iştirakçılarına-Yardımlılı və Mingəçevirli Şəhid ailələrinə, digər qonaqlara öz təşəkkürlərini bildiriblər.

Bununla yanaşı, Şəhidin valideynləri adıçəkilən məktəbin direktoru Seymur Hüseynova və tədbirin aparıcısı Nüranə Paşayevaya öz hədiyyələrini təqdim ediblər.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib.

Tədbirdən sonra Şəhidin baba yurdunda-əmisinin evində Cənnətdəki dördüncü doğum günü ilə bağlı adına ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.

13:42

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə Günü” olmalıdır”-ZAHİD ORUC

Read Next

“Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna da ziddir”-MM-DƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir