Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Zaman oğlu Əmirovun doğum günüdür.
Emil Əmirovun sabah-9 dekabr 2024-cü il tarixində 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində dünyaya gəlib.
Evin tək oğlan övladı olub və anası Xanımnaz İmanova tərəfindən təkbaşına böyüdülüb.
İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib və oktyabrın 15-də Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 2 gün sonra, 17 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.
O, həm də subay olub.
Adını daşıyan küçə var.
Qeyd edək ki, Emil Əmirovun tək dayısı da Şəhiddir.
Dayısı, üç bacının tək qardaşı ola Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ Şavaşında iştirak edib və avqustun 9-da Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Müzəffər İmanov da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az