Mingəçevirli Şəhid qardaşlardan Tural Həsənovun bu gün Anım Günüdür-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun Anım Günüdür.

Tural Həsənovun bu gün-9 dekabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, ailəsinə-anası Nəhayət Həsənovaya Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı Şəhidin Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Mingəçevirli, Balakənli, Bərdəli, Yevlaxlı, Şəkili Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu olan Tural Həsənov 1994-cü ilin iyul ayının 16-da Mingəçevir şəhərində, sadə bir ailədə-Həsənovlar ailəsində dünyaya gəlib.

Tural Həsənov Nəhayət və Tapdıq Həsənovların iki oğlan övladından biri idi.

Ataları Tapdıq Həsənov ötən ilin-2023-cü ilin yayında dünyasını dəyişib.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, 2012-2014-cü illərdə Vətənin keşiyində dayanıb və Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə qayıdıb.

O, texnikum (kollec) təhsilli olub və İkinci Vətən Müharibəsinə qədər müxtəlif sahələrdə çalışıb.

Həm özü, həm də qardaşı İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, müharibəyə, döyüşlərə qatılıblar.

İkinci Vətən Müharibəsinin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik məqamına ucalan Tural Həsənovun nəşi 68 gündən sonra tapılıb və ailəsinə təhvil verilib.

Və bir gün sonra, 9 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tural ailəli, iki övlad, iki oğul atası olub.

Hüseyn  Tapdıq adlı iki oğlan övladı ailıəsinə, Vətəninə əmanət qalıb.

Qardaşı Musa Həsənovun nəşi isə 35 gündən sonra, 2020-ci ilin noyabrın 5-də torpağa tapşırılıb.

Musa Həsənov da ailəli, iki qız atası olub və Şəhidliyindən bir neçə ay sonra qızı-balaca İnci xəstəlikdən vəfat edib.

Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində Şəhid qardaşların adını daşıyan küçə var.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

14:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 69 gündən sonra tapılan, sabah Anım Günü olan-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ƏRZUMAN KAMRAN OĞLU OSMANOV… – FOTOLAR

Read Next

Sabah-10 dekabr 2024-cü il tarixində-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FARİZ ŞIXƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir