Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Mingəçevir şəhərində-“QRES” adlanan ərazidə daha bir “Şəhid bulağı”nın açılış mərasimi keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, bu dəfə İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Kamran oğlu Osmanovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.
Açılışda Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qaziləri, şəhər ziyalıları, məktəblilər iştirak edəcəklər.
Açılış mərasimi saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, Şəhid Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də Mingəçevir şəhərində anadan olub.
O, İkinci Vətən Müharibəsi zamanı ağır döyüşlərdən birində-oktyabrın 1-də Suqovuşan istiqamətində qəhrəmancasına həlak, Şəhid olub və düz 70 gündən sonra, 2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət etsin!
07:36
***
Saat 16:00-da “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.
Öncə Şəhid Ərzuman Osmanovla Birinci Qarabağ Savaşının Şəhidi Fuad Əliyevin yaşadıqları binada baralyeflərinin açılışı olub
.Sonra “Şəhid bulağı”nın açılışı ilə bağlı mərasim başlayıb.Açılış mərasiminə Şəhid Ərzuman Osmanovun ailə üzvləri, yaxınları, dostları, qonşuları, Şəhid ailələri, Qazilər, şəhər ziyalıları, din xadimləri, məktəblilər qatılıblar.
Açılış mərasimində həm Şəhid Fuad Əliyevin anası, həm də Şəhid Ərzuman Osmanovun anası və atası – Kəmalə və Kamran Osmanovlar qısa çıxış edib, Şəhid övladları ilə fəxr etdiklərini, qürur duyduqlarını dilə gətirib, tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.
Sonra şəhər ziyalıları, məktəblilər, din xadimləri, Qazilər və Şəhid ailələrinin təmsilçiləri – Şəhid qardaşlar-Mursa və Tural Həsənovların anası Nəhayət xanım, Şəhid Xudayar Yusifzadənin anası Radə xanım, Şəhid Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva və digərləri çıxış ediblər.
Məktəblilər Şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər
.Açılş mərasimində həmçinin, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.
Mərasim “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başa çatıb.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az