Minimum əmək haqqı 180, pensiyanın minimum məbləği 160 manat – BU GÜNDƏN

Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə martın 1-dən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır. Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verən mühüm addımlardır.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edir və onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım edilir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, bu il 10 ayı ərzində 335 milyon manat əlavə vəsait ayrılacaq.

Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edilir.

Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.

Etikxeber.az

Read Previous

“Bu, dünyada bir nümunə ola biləcək bir addımdır” – İLHAM MƏMMƏDOV

Read Next

“Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var” – HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir