Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, artıq qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manata qədər olan əmək haqqı gəlir vergisindən azaddır. Digər sektorlarda isə əmək haqlarının 200 manata qədər olan hissəsi gəlir vergisindən azaddır. Məsələn, 250 manat (minimum əmək haqqı) məbləğindən olan əmək haqqıdan cəmi 7 manat vergi tutulur.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
“Minimum əmək haqqının fəlsəfəsinə baxsaq, ola bilər ki, gələcəkdə vergidən azad olunan məbləğ minimum əmək haqqı məbləği qədər olsun.
Xatırladım ki, Vergilər Məcəlləsinə edilən dəyişiklər zamanı (200 manata qədər məbləğin vergidən azad olması) minimum əmək haqqı məbləği 180 man idi…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az