Minimum aylıq əməkhaqqı artırıldı – SƏRƏNCAM

Minimum aylıq əməkhaqqının artırılması haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1 dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.2 dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilsin.

Etikxeber.az

 

Read Previous

“Bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq” – BƏDƏLBƏYLİ – FOTO – YENİLƏNİB -1

Read Next

Fərhad Bədəlbəylinin 70 illik yubileyi geniş konsert proqramı ilə qeyd olundu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir