“Minsk qrupunun həmsədrlər formatında dəyişikliklər edilməli və…” – DEPUTAT

“Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrlər formatında dəyişikliklər edilməli, qardaş və dost Türkiyə həmsədr dövlətlərdən biri olmalıdır”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“30 ildən bəri davam edən, işğalçı, təcavüzkar Ermənistanın destruktiv mövqeyi üzündən hələ də ədalətli həllini tapmayan Qarabağ münaqişəsinin çözümü Azərbaycan dövləti və xalqımız üçün ən başlıca məsələdir”- deyə, qeyd edən millət vəkilinin sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq münaqişənin ədalətli həllini gözləyir və bunu beynəlxalq təşkilatlardan, xüsusilə də, münaqişənin həllini, vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupundan, həmsədr dövlətlərdən tələb edir:

“Azərbaycan xalqının səbr kasası artıq daşmaq üzrədir. Xalqımız münaqişənin bir an-tezliklə həll olunmasını istəyir və tələb edir. Bu tələb də Azərbaycan xalqının haqqıdır.Çünki münaqişə uzun illərdir ki, Ermənistanın və onun açıq-gizli himayədarlarının günahı, destruktiv mövqeyi ucbatından həllini tapmır. Ermənistan və ona himayədarlıq edən dairələr, güclər, dövlətlər münaqişənin ədalətli həllinə hər çür mane olmağa cəhd göstərirlər, hər addıma gedirlər. Münaqişənin həlli onların maraq dairəsində deyil…”.

Bununla yanaşı E. Səlimov bildirib ki, Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl siyasət davam etdirilir.

eldeniz salimov-1

“Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illərdə qazanılan mühüm uğurlar, ölkə Prezidenti İlham Əliyevi həyata keçirdiyi hücum xarakterli diplomatiya Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasət apardığını bildirir, Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi daha gur ifadə olunur. Bununla belə, Minsk qrupu, həmsədrlər ikili standartlardan çıxış edir, hələ də işğalçı Ermənistana təzyiqlər göstərmir, ona qarşı sanksiyalar tətbiq etmir. Onların ikili standartlarla çıxış etməsi işğalçı ölkəni problemin həllini uzatmağa həvəsləndirir.

Odur ki, münaqişənin tez və ədalətli həlli olunması üçün həmsədrlər institutunun formatında dəyişikliklər edilməli, qardaş və dost Türkiyə həmsədr dövlətlərdən biri olmalıdır. Düzdür, bu, indiki reallıqlar, şərtlər daxilində çətin görünür, ancaq Türkiyənin həmsədrliyə cəlb olunması mütləq vacibdir. Çünki həmsədr dövlətlərin hər üçü Ermənistana açıq və gizli dəstəkləri ilə tanınan ölkələrdir. Onların Ermənistana isti münasibətləri heç kimə sirr deyil. Bu baxımdan hesab edirəm ki, qardaş Türkiyənin həmsəsdrliyə cəlb edilməsi münaqişənin ədalətli həllində çox mühüm addım ola bilər.

Eyni zamanda, Almaniyanın həmsədrlər institutunua cəlb edilməsi münaqişənin ədalətli həllində mühüm rol oynaya bilər. Çünki bu ölkə hər zaman Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxdığını nümayiş etdirib. Almaniya Bundestaqı Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ilk qətnamə qəbul edən parlamentlərdəndir.

eldeniz-eldeniz

Düzdür, Merkel hakimiyyəti dövründə bu ölkədən Azərbaycanla bağlı bəzi zamanlarda haqsız, ədalətsiz mövqe sərgilənib, ancaq bununla belə, Almaniya hər zaman Qarabağ məsələsinə yanaşmada ədalətli mövqeyi ilə fərqlənib. Odur ki, həmin ölkənin də ATƏT-in Minsk qrupunun həmsədrlər institutunda yer alması vacibdir.

Ancaq onu da tam əminliklə və qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı və dövləti ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gec-tez Qarabağ münaqişəsini həll edəcək. 2016-cı ilin Aprel hadisələrində Azərbaycan nələrə qadir olduğunu və ola biləcəyini bütün dünyaya göstərdi. Amma biz yenə də münaqişənin sülh, danışıqlar yolu ilə həllinə üstünlük veririk. Əgər münaqişə sülh, danışıqlar yolu ilə həllini tapmazsa, təbii ki, o zaman Azərbaycan hərb, güc yolu ilə torpaqlarını erməni işğalından azad edəcək. Kimsənin də buna şübhəsi olmasın”– deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz – PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Türk ordusun Afrinin mərkəzinin ələ keçirilməsinə 1,5 km qalır – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir