“MiQ-29”-un qəzaya uğrama səbəbi – MN-NİN AÇIQLAMASI DARTIŞMAYA SƏBƏB OLDU – İNDİ DƏ SİYASİLƏR, EKSPERTLƏR BU MƏSƏLƏDƏ RAZILIĞA GƏLƏ BİLMƏDİ

Belə çıxır ki, təyyarəni quş dəstəsi sıradan çıxartsa belə, qara qutu olmadan qəzanın səbəbini Nazirliyin pilotumuzda öyrənmək imkanı olub.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ekspert Samir Əliyev Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə açıqlamasına və o açıqlamanın cəmiyyətdə birmənalı qarşılanmamasına münasibətini bildirərkən deyib.

“Hollivudun hərbi filmlərində tez-tez görürük. Döyüş və ya təlim zamanı vurulmuş qırıcı təyyarənin pilotu “Məni vurdular!”, “Mən düşürəm!” kimi fikirlər səsləndirir və bununla qərargahı məlumatlandırır. Təyyarə qəzası nədənsə mənə bu tip filmləri xatırlatdı.

Müdafiə Nazirliyinin açıqlamasında belə bir fikir gedib: “… pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib…”.

Yəni, pilot bədən xəsarəti alsa da, huşunu, düşünmək və hətta danışmaq qabiliyyətini itirməyib. Deməli, qərargahla əlaqə saxlamaq imkanı da olub. Ən azı Hollivud filmlərində olduğu kimi, nə baş verdiyini deyə bilib…

Belə çıxır ki, təyyarəni quş dəstəsi sıradan çıxartsa belə, qara qutu olmadan qəzanın səbəbini Nazirliyin pilotumuzda öyrənmək imkanı olub…”-deyə, o, bildirib.

BAXCP rəsmisi Elçin Mirzəbəyli öz növbəsində qeyd edib ki, Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə məlumatından dərhal sonra radikal düşərgənin hərşeyşünas siyasiləri yenə də müxtəlif fantastik iddialarını irəli sürürlər.

“…Hər zaman olduğu kimi dövlətin, xalqın maraqlarını nəzərə almadan, işğalçı ilə qarşı-qarşıya dayanan Sulahlı Qüvvələrimizə böhtan atmaqla…Onların iddialarından fərqli olaraq, təyyarə qəzaları ilə bağlı faktlar Müdafiə Nazirliyinin qəzanın səbəbləri ilə bağlı məlumatında yer alan məqamların tamamilə həqiqəti əks etdirdiyini sübuta yetirir. 

Qeyd edim ki, hərbi təyyarələrin quş dəstələri ilə toqquşması dünyada ən çox rast gəlinən insident hesab olunur. Belə hadisələr zamanı təkcə MİQ-29-lar deyil, bu təyyarələrdən daha modern pilotlu uçuş aparatları da qəzaya uğrayırlar. Məsələn, bu ilin may ayında ABŞ-ın Yaponiyadakı İvakuni hərbi bazasından uçan F-35 qırıcı təyyarısi quş dəstəsilə toqquşaraq qəzaya uğrayıb. İyun ayında Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus Jaguar qırıcı-bombardmançı təyyarəsi uçuşa başladıqdan bir neçə saniyə sonra quş dəstəsi ilə toqquşub. 

Bu il ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi ilə oxşar insident Nyu-Meksika ştatında yerləşən Holloman poliqonunda baş verib. F-16 eniş zamanı qartalla toqquşaraq ciddi zərər görüb. Floridada ABŞ HHQ-nə məxsus bombardmançı təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsində isə üç təlim bombası yerə düşüb. Xoşbəxtlikdən hər biri 11 kq.-dan ibarət təlim bombaları yaşayış olmayan ərazilərə düşdüyü üçün insan tələfatı və dağıntı olmayıb. 

Bu il İsveçə məxsus Jas 39 Gripen qırıcısı ölkənin cənubunda keçirilən təlim zamanı quş dəstəsi ilə toqquşib, nəticədə pilot həlak olub. Onu da qeyd edək ki, ABŞ-ın əsasən hərbi araşdırmalar və xəbərlər üzrə ixtisaslaşmış “Marine Corps Times” qəzetinin verdiyi xəbərə görə, təkcə 2018-ci ildə dünyada hərbi və mülki təyyarələrin quş dəstəsi ilə toqquşması nəticəsində 14500-də artıq qəza və insident baş verib.

Hərbi ekspert deyiləm və olmaq niyyətim də yoxdur. Amma internet resurslarında bir neçə dəqiqəlik axtarış nəticəsində yüzlərlə fakt əldə edə bildim və oxucuların vaxtını almaq istəmədiyim üçün onlardan bir neçəsini diqqətə çatdırdım.  İstənilən şəxsin belə məlumatları əldə etmək imkanı var, şübhəsiz. Hər şey niyyətdən və qafadan asılıdır…”-deyə, E. Mirzəbəyli iddia edib.

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə qısa şərhində  “Tovsiyəm ondan ibarətdir ki, bu rəyi başqa dillərə tərcümə etdirib yaymasınlar. “İstedadımızı oğurlaya bilərlər. Gecə saat 22-də quşdakı hökmə bax. Vay-vay…”-deyə, qeyd edib.

“REAL”-ın tanınmış simalarından Erkin Qədirli də öz “Facebook” statsunda bunları yazıb:

“Savaş uçağımızın quşlarla toqquşduğuna görə dənizə düşməsilə bağlı yayılmış məlumat bir neçə sual doğurur.

1. Xəzərin üzərindən ilin bu vaxtında, özü də gecə saatlarında, hansı quşların sürüləri uçur? Köç başlayıbmı?

2. Köç başlayıbsa, ya da quşların başqa səbəbdən ilin bu vaxtında gecə saatlarında Xəzərin üzərindən uçuşu (uçuş ehtimalı) daha öncə məlum olubsa, niyə uçaqlarımızın təlim uçuşu ornitoloji xidmətlə razılaşdırılmayıb?

3. Razılaşdırılıbsa, ornitoloji xidmət niyə razılığını verib? Quşların uçuşundan xəbəri olmayıb? Olmayıbsa, bu xidmətin peşəkaralığı şübhə altına alınmalıdır.

4. Quşların uçuş marşrutları alimlərə (ornitoloqlara) məlumdur, ona görə həm savaş, həm sərnişin uçaqlarının uçuş marşrutları quşların uçuş marşrutları nəzərə alınaraq müəyyən edilir. Xəzərin üzərindən uçan quş sürülərin hamısı sovet vaxtından bilinir. Bu dəfə nə oldu? Yeni quşlar, yeni marşrutlar?

5. Quşla toqquşan uçaq, toqquşma anında partlayış olmayıbsa, radardan necə itə bilir?

6. Təlim uçuşunda üç uçağımızın olduğu bildirilib. Başqa uçaqlar komandirlərinin qəzaya uğramasını görməyiblər? Radio efirdə heç nə eşitməyiblər?”.

Etikxeber.az

 

 

Read Previous

“İctimai-siyasi həyatda Mehriban xanımın böyük xidmətləri var” – YAP RƏSMİSİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Deputat pilotumuzun və Şəhidimizin-sinif yoldaşının məzarlarını ziyarət etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir