Miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır – QƏNİRƏ PAŞYEVA – FOTO

AŞPA-da “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi,” “Avropada miqrantların və diaspor icmalarının radikallaşması” mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva AŞPA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili  Avropada İslamafobiyanın artmasında əsas səbəb kimi Avropa ölkələrinin müsəlmanlala, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətinigöstərir və sərt tənqid edib:

“Hörmətli həmkarlar, mən hər iki məruzəçiyə Avropada müsəlman icmaları üçün böyük maraq kəsb edən bu hesabatları hazırladıqlarına görə təşəkkürümü bildirirəm. Bu səbəbdən mən Avropada müsəlman icmalarının və miqrantlarının üzləşdiyi çox mühüm ümumi problemlərindən danışmaq istərdim. İlk növbədə bildirmək istərdim ki, miqrantların və qaçqınların radikallaşmasının Avropa üçün həmin adamların keçdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təəssüf doğurur. Türkiyə milyonlarla qaçqın və miqrantları qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta müəyyən qəti tədbirlər görməsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidilə Avropaya gedən yolda bir çox çağırışlarla üzləşən miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. Bu kontekstdə mən üzv-dövlətləri miqranların və xüsusilə qaçqınların qeyri-insani şərtlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez effektiv və humanitar tədbirləri tapmağa çağırıram.

Miqrantlatın radikal inanclara meylli kimi təsvir edilməsi onların məskunlaşdığı ölkələrdə radikallaşmağa gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərinə olan mənfi yanaşmadır. Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatçılıq doğurur. Bu vəziyyətradikallaşmanı bəsləyən səbəb yaradır. Avropada İŞID kimi terror təşkilarlarında təhsilli gənc adamların yüksək iştirak dərəcəsi aydın şəkildə onu göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasətdir. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirəm ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək. Üzv-dövlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmaların və müsəlman icmalarının ehtiyaclarının və ideyalarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

Etikxeber.az

 

Read Previous

Münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır – OQTAY ƏSƏDOV – FOTO

Read Next

“Yeni dəyərlər”ə ehtiyac varmı?” – MİLLƏT VƏKİLİ AŞPA-DA SUAL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir