Mirzəzadə Dövlət Neft və Sənaye Universitetində İctmai Etimad Şurasının sədri oldu – FOTOLAR

“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İctmai Etimad Şurası yaradıldı və mən şuranın sədri seçildim”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Şuranın Azərbaycanın tanınmış ziyalıları olan 11 nəfər üzvü var.

“İctimai əsaslarla çalışacaq şura universitetin inkişafı və gündəlik fəaliyyəti ilə bağlı tövsiyyə xarakterli məsləhətlər verəcək və həm professor-müəllim heyəti, həm də tələbə kontingenti ilə sıx əlaqədə çalışacaqdır.

Təşkilati məsələdən öncə şura üzvləri universitet nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin fəaliyyəti barədə geniş məlumat aldılar və iki qrupda fransız dilində keçirilən yazılı riyaziyyat imtahanının gedişatını izlədilər.

Şura üzvlərinin rekor professor Mustafa Babanlı və universitetin rəhbər heyəti ilə görüşü oldu.

Univeristetin tarixi və hazırkı vəziyyəti ilə bağlı geniş məlumat verildi. Şura ilə universitet arasında təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı”-deyə, o, sonra qeyd edib.

aydin-mirze

Etikxeber.az

Read Previous

DEPUTAT: “Bizim bu ailə nümunəvi ailə hesab edilə bilməz…”

Read Next

Ukraynanın Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir