Mirzəzadə müraciət ünvanladı: “Bölgə fərqi qoymadan hər bir kəsin problemini dinləməyə hazıram, ancaq…”

Aydin Mirzazade

Millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində paylaşdığı statusunda fb dostlarına müraciət ünvanlayıb.

Etikxeber.az-ın məlumatına görə, müraciətdə qeyd olunur:

“Hörmətli dostlar.

Gün ərzində mənə məktub, telefon zəngi və feysbuk səhifəmə müraciətlər vasitəsilə ilə onlarla insan müraciət edir. Müraciət edənlərin yarıdan çoxu, deputat seçildiyim Mingəçevirdən deyil, ölkəmizin digər regionlarından olur.

Mən kimin hansı bölgədən olmasına əhəmiyyət vermədən, hər bir kəsə səlahiyyətim daxilində kömək etməyə çalışıram.

Ancaq digər regionlardan müraciət edənlərin bir qisminin müraciəti ya işə düzəltmə, ya da öz deputataları ilə görüşməyə kömək etmək xahişləri olur. Bir qayda olaraq belə xahişlərə cavab vermirəm, ancaq təssüf ki, bu halda müraciət edənlər məndən inciyir, hətta mətbuata çıxaraq onların müracitlərinə biganə yanaşdığımı bildirirlər.

Hörmətli dostlar.

Mən bölgə fərqi qoymadan hər bir kəsin problemini dinləməyə hazıram. Ancaq işə düzəltmək mənim səlahiyyətimdə deyildir, digər deputatlara sizlərin xahişini çatdırmaq üçün isə onların köməkçiləri, Milli Məclisin saytında elektron müraciət bölməsi var”.

Etikxeber.az

Read Previous

Latun və tunc üçün rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır- Sabahdan

Read Next

İlham Əliyev Herbert Vinteri qəbul edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir