Mirzəzadədən fərqli yanaşma: “Nuray qohumları ilə atasını barışdırmaq istəyəcək…”

“Qubadan olan Nuray balamızın məsələsi bütün ölkənin diqqətini cəlb etdi. Artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səviyyəsində xüsusi komissiya yaradılıb və səlahiyyətli qrup məsələni araşdırmaqla məşğuldur.İnanıram ki, qısa zamanda ilk növbədə uşağın mənafeyi və istəyi nəzərə alınaraq müvafiq həm hüquqi, həm də mənəvi bir qərar qəbul ediləcək. Amma bu məsələdə adı çəkilməsə də mövcud olan və mövqeyindən çox şey asılı olan bir nəfər vardır və mən ona öz hörmətimi bildirmək istəyirəm”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, bu, Nurayın atası Əvəz Bayramovun ikinci həyat yoldaşıdır.

A. Mirzəzadənin sözlərinə görə, o, razılıq verməsəydi, Nurayın atası böyük qızını öz indiki ailəsinə aparmaq üçün məhkəməyə müraciət etməzdi.

“Bu qadın bilir ki, həyat yoldaşının birinci ailəsindən olan qohumları ilə anlaşılmazlıqları var və Nurayı yeni ailəyə gətirmək asan deyil. O, bilirdi ki, öz qızına böyük bacı gələ bilər, o Nurayın yeni ailəyə qovuşmasının bütün ağırlığı isə onun üzərunə düşəcək.

Büna baxmayaraq daima yoldaşının yanında olub və daha bir qızının olacağına inanıb. O və həyat yoldaşı hesab ediblər ki, Nuraya yeni ailədə daha yaxşı olacaq.

Ancaq həyat öz sözünü deyir və bu ailənin ideal saydığı variant alınmadı. Bununla belə yenə də Nurayın atasına dəstək verən, onun bu çətin psixoloji durumda yanında o qadın olacaq.

İllər keçəcək, Nuray yetkinlik yaşına çatacaq, narazılıqları unudub, atasını tanımaq və ana qohumları ilə atasını barışdırmaq istəyəcək. Və bu zaman da bu işdə ona kiçik bacısının anası kömək olacaq”-deyə, millət vəkili daha sonra bildirib.

Etikxeber.az

Read Previous

Serxio Buskets “Barselona”da ən çox oyun keçirən futbolçular sırasına daxil olub

Read Next

Sabiq prezident 92 yaşında vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir