“Mirzə babanın indi bir arzusu var-o da işğaldan azad olunmuş Qarabağa, Şuşaya getmək…”-FATMA YILDIRIM – FOTOLAR

Bugün 9 may Qələbə bayramı münasibətilə Bərdə şəhərində yaşayan İkinci Dünya müharibəsi iştirakçısı Məmmədov Mirzə Məhəmməd oğlunu ziyarət etdik. Mirzə baba ilə telefon danışığımız oldu. Bayram münasibəti ilə təbrik etdik, can sağlığı və uzun ömür arzuladıq. Mirzə baba da bizi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi atlında müzəffər ordumuzun qazandığı Qələbə münasibətilə təbrik etdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım qeyd edib.

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə, məmnunluğunu ifadə etdi. Mirzə Məmmədov 10 iyul 1923-cü Bərdə rayonu Alpout kəndində anadan olmuşdur. 1942-1945-ci illərdə Rusiya, Ukrayna, Polşa, Rumıniya, Almaniya uğrunda gedən döyüşlərdə iştirak edib. 6 övladı, 15 nəvəsi, 12 nəticəsi var. O, müxtəlif medal və ordenlərlə təltif edilmişdir. Mirzə babanın indi bir arzusu var, o da işğaldan azad olunmuş Qarabağa, Şuşaya getsin. İnşallah, nəsib olar, o günlər uzaqda deyil!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Erməni faşizmi heç şübhəsiz klassik nasizmdən daha çox bəşəri təhlükə əxz etməkdədir…”-BƏHRUZ MƏHƏRRƏMOVUN YAZISI

Read Next

İlham Əliyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir