Mitroğlu “PSV”-də, NAVAS İSƏ “PSJ”-DƏ OYNAMAQ İSTƏYİR…

İstanbulun “Qalatasaray” klubunun futbolçusu Kostas Mitroğlu karyerasını Hollandiya çempionatında davam etdirəcək.

Etikxeber.az Türkiyə klubunun saytına istinadla xəbər verir ki, Yunanıstan millisinin hücumçusu icarə əsasında “PSV Eyndhoven” komandasında çıxış edəcək.

Hollandiya təmsilçisi K.Mitroğluya görə 1 milyon 250 min avro təzminat ödəyəcək. Lakin futbolçunun məvacibini “Qalatasaray” təmin edəcək. İstanbul klubu oyunçuya bir il üçün 1 milyon 950 min avro verəcək.

Qeyd edək ki, müqavilə ilə Fransanın “Marsel” klubuna məxsus olan 31 yaşlı hücumçu bu ilin əvvəlində “Qalatasaray”a icarəyə verilib.

kostas

İspaniyanın “Real Madrid” klubunun qapıçısı Keylor Navas isə komandadan ayrılmaq istəyir.

İkinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper bu haqda klub rəhbərliyinə müraciətində bildirib.

Navasla Fransanın “Paris Sen-Jermen” klubunun maraqlandığı iddia olunur.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan 2019-2020-ci il mövsümündə də komandanın əsas qapıçısının Tibo Kurtua olacağını açıqlamışdı.

Etikxeber.az

Read Previous

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları – NƏTİCƏLƏR

Read Next

“Öz missiyasını artıq dərk etməlidir” – DEPUTATDAN BMT-YƏ KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir