Ölkə prezidenti İlham Əliyev Mixail Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Mixail Valeryeviç Timofeyev “Tərəqqi” medalı ilə təltif edilsin.
Etikxeber.az