“MM-ə ölkənin savadlı, qabiliyyətli, ağıllı insanları seçilməlidir…” – YAP-ÇI DEPUTAT

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurası və İdarə Heyətinin verdiyi, qəbul etdiyi hər bir qərar biz hakim patiya üzləri, parlamentdə bu siyasi təşkilatı təmsil edən deputatlar üçün bir əsasdır, bir qanundur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O, qeyd edib ki,  2018-ci ilin aprel seçkilərindən sonra və bu ilin əvvəllərindən ölkədə bütün sahələrdə islahatlar gedir, icra strukturlarında, məhkəmə-hüquq sistemində bu proses müvəffəqiyyətlə yerinə yetirilir.

Millət vəkilinin sözlərinə görə, bu baxımdan qanunvericilik orqanında, qanunvericilik hakimiyyətində də  islahatların getməsi zəruri və vacibdir.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi də hesab edirəm ki, məhz bu zərurətdən irəli gəlir.

Çünki islahatlar ölkənin iqtisadi-siyasi qüdrətinin bilavasitə artırılmasına, Azərbaycanın dünyada, beynəlxalq alımdə demokratik imicinin formalaşdırılmasına və yüksəldilməsinə xidmət edir.

Ölkə rəhbərinin keçirdiyi hər bir islahat da  Azərbaycan xalqı tərəfindən müsbət qarşılanır, müsbət qiymətləndirilir.

Hər bir təşkilat, hər bir vətəndaş da istəyir ki, bu islahatların ön sırasında getsin, Vətənə öz töhfəsini versin.

Milli Məclisin deputatları da bu sıradadır.

Ona görə onlar da ölkədə gedən bu islahatlara dəstək verməlidirlər.

Sözsüz ki, qanunvericiliyin mükəmməlləşdirilməsi, qanunvericilik orqanının daha yüksək səviyyədə formalaşdırılması, yeniləşməsi vacibdir.

Bu baxımdan, YAP Siyasi Şurasının verdiyi bu qərar hər bir YAP üzvü, eləcə də, YAP-ı parlamentdə təmsil edən bir deputat kimi mənim tərəfinmdən yüksək qiymətləndirilir və mən bu təşəbbüsü alqışlayıram.

Təbii ki, Milli Məclisə ölkənin ən yaxşı vətəndaşları, savadlı, qabiliyyətli, uzaqgörən, ağıllı insanları seçilməlidir.

Seçicilər öz seçimlərində yanılmamalıdırlar.

Onlar yaxşı, mükəmməl, layiqli  insanları arayıb-axtarmalıdırlar və  öz səslərini həmin insanlara verməlidirlər.

Çünki mükəmməl qanunların hazırlanması ölkə quruculuğu üçün çox vacibdir.

Əsaslı, beynəlxalq əhəmiyyətli  qanunların hazırlanması ölkənin gələcəyi, inkişafı  üçün əhəmiyyətlidir.

Elə bilirəm ki, növbədənkənar seçkilərin keçirilməsi də  Azərbaycanın inkişafına yeni bir töhfə verəcək, eləcə də, millət vəkillərinin məsuliyyətinin artırılmasında əsaslı rol oynayacaq”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentin sabahkı iclasında-MM-İN BURAXILMASI İLƏ BAĞLI MÜZAKİRƏLƏR AÇILA BİLƏR

Read Next

UEFA Avropa Liqası: “Sevilya” – “Qarabağ” – 2:0 – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir