120 deputatın heç biri-KORONAVİRUSA YOLUXMAYIB-TEST NÜMUNƏLƏRİNİN CAVABLARI NEQATİV ÇIXIB – YENİLƏNİB

Milli Məclisin (MM) Aparat işçilərinin və millət vəkillərinin iki gün öncə verdikləri test nümunələrinin (onların koronavirusa yoluxub-yoluxmadığı) cavabları bu gün bilinəcək.

Etikxeber.az-ın xəbərinə görə, cavabların iyunun 22-də bilinəcəyi deyilsə də, son onda cavabların test nümunələrinin çoxluğu səbəbindən bu gün açıqlanacağı məlum olub.

Bu haqda həmçinin, MM-in Mətbuat Xidməti də açıqlama yayıb.

Qeyd edək ki, cavablar mesajlar şəklində Aparat işçillərinin və millət vəkillərinin şəxsi mobil telefonlarına göndəriləcək.

Onu da qeyd edək ki, indiyə kimi, MM Aparatının əmkdaşlarından iki nəfər, deputatlardan isə bir nəfər-Sahib Alıyev koronovirusa yoluxub.

Eyni zamanda, qeyd edək ki, MM-in bu günə nəzərdə tutulan plenar iclası da təxirə salınıb.

08:27

***

Etibarlı mənbədən aldığımız məlumata görə, 120 millət vəkilinin heç birində koronavirusa yoluxma halı aşkarlanmayıb.

Srağagün MM-də müayinədən keçmiş millət vəkillərinin test nümunələrinin cavabları neqativ çıxıb.

Bununla da, bu gün sosial şəbəklərdə və bəzi saytlarda millət vəkillərindən bir neçəsində koronavirusun aşkarlandığı barədə yayılan xəbərlərin heç biri özünün təsdiqini tapmayıb.

Bir neçə millət vəkili ilə də telefon söhbətləri zamanı deyilənlər bir daha təkzib edilib.

Etikxeber.az

Read Previous

“ELÇİBƏY TƏLİMİ”-Zəlimxan Məmmədli yazdı

Read Next

“15 yaşındakı gənc oğlan kimiyəm!”-ELDAR İBRAHİMOV KORONAVİRUSA YOLUXMASI BARƏDƏ DEYİLƏNLƏRİ ŞƏR-BÖHTAN ADLANDIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir