Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, bu gün axşam saatlarında 4 Seçki Dairəsinin, o cümlədən, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin qalib elan edildiyi 74 saylı Lənkəran kənd Seçki Dairəsinin nəticələri ləğv olunub.
Etikxeber.az-ın xəbərinə görə, H. Rəcəbli indiyə qədər 6 dəfə millət vəkili olub.
Birinci dəfə sovetlər dövründə, “raykom” katibi işləyəndə, 1985-90-ci illərdə keçmiş Ali Sovetin üzvü seçilib.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi, 5 çağırış Milli Məclisin (MM) üzvü olub.
Seçildiyi vaxtdan da MM-in Əmək və sosial siyasət komitəsinə (Sosial siyasət daimi komissiyasına) rəhbərlik edib.
Ötən illər ərzində MM-in plenar iclaslarına məhz H.Rəcəblinin rəhbərlik etdiyi komitə ən çox qanun layihəsi tövsiyə edib və onların da böyük əksəriyyəti qəbul olunub.
MM-in 3 ən fəal və aktiv komitə sədrindən biri də məhz H. Rəcəbli olub.
Sonuncu-6-cı çağırış seçkilərdə də namizədliyi YAP tərəfindən dəstəklənib və Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, 74 saylı Dairənin qalib-lideri olub.
Əgər həmin Dairənin nəticələri ləğv olunmasaydı və H. Rəcəblinin qələbəsi tanınsaydı, MM-in ən çox seçilən və ən stajlı 4 deputatından biri olacaqdı.
Yən, Eldar İbrahimov, Hacı Madər Musayev və Mixail Zabelin kimi, 7-ci dəfə millət vəkili mandatını daşıyacaqdı…
Xatırladaq ki, 73 yaşlı H. Rəcəbli siyasət elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvüdür.
4 övladı, bir neçə nəvəsi və nəticəsi var.
Etikxeber.az