Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Washington Post” qəzetində Azərbaycanla bağlı dərc olunmuş yazılar ölkəmizə qarşı növbəti böhtan və şər kampaniyasının tərkib hissəsidir. Çünki Azərbaycanın gündən-günə inkişaf etməsi bir çoxlarının, xüsusilə erməni lobbisinin yuxusuna çoxdan haram qatıb. Ona görə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bu cür yazılardan, böhtanlardan, təxribatlardan istifadə edirlər.
Etikxeber.az bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Birinci vitse-spiker konkret olaraq qəzetin Azərbaycanda jurnalistlərə mənzillərin verilməsi ilə bağlı qərəzli fikirlərinə münasibət bildirərək deyib: “Əslində, jurnalistlərə mənzillərin verilməsi Azərbaycanda söz azadlığının qorunmasına daha bir töhfədir. Bu, dövlətin jurnalistlərə olan qayğısıdır. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycanda mənzillər təkcə jurnalistlərə verilmir. Bir çox kateqoriyadan olan insanlara – alimlərə, yazıçılara, rəssamlara, elm, mədəniyyət, incəsənət xadimlərinə, musiqiçilərə evlər həmişə verilib və bu gün də verilir. Burada qeyri-adi bir şey yoxdur. Ona görə də xüsusilə jurnalistləri ayırmaq və bunu söz azadlığının boğulması kimi qələmə vermək, əlbəttə ki, tamamilə qərəzlidir və bunu heç cür qəbul etmək olmaz. Bu, bir daha deyirəm, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil”.
Ziyafət Əsgərov vurğulayıb ki, “Washington Post” nəşrinin Azərbaycana münasibətdə öz ənənəsinə sadiq qalaraq dövlət qayğısının göstərildiyi insanlarla cinayət etmiş şəxsləri müqayisə etməsi tamamilə məntiqsizdir. “Məqalənin adına fikir verin, “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan”. Azərbaycanda konkret cinayətə görə cinayət məsuliyyətinə cəlb olunan insanlar var. Azərbaycanda heç kim günahsız yerə cinayət məsuliyyətinə cəlb olunmur və həbsxanaya salınmır. Ona görə, məsələnin bu cür qoyulması, məqaləyə belə adın verilməsi artıq onun elə bu başdan qərəzli olmasını bir daha sübut edir”, – deyə Ziyafət Əsgərov əlavə edib.
Milli Məclis sədrinin birinci müavini daha sonra deyib:
“Bu cür böhtan xarakterli məlumatlar bizi yolumuzdan yayındıra bilməz. Azərbaycan demokratik, hüquqi dövlətdir. Azərbaycan demokratiya yoluna sadiqdir və bu yol ilə də gedəcək. Kimin, hansı xarici qüvvələrin, hansı xarici mətbuat orqanlarının nə deməsindən, nə yazmasından asılı olmayaraq bu cür böhtanlar, təxribatlar bizi yolumuzdan döndərə bilməz, bizi qorxuda bilməz. Sadəcə olaraq, yenə deyirəm, bu, bir daha onu göstərir ki, Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizi istəməyən qüvvələri, birinci növbədə, əlbəttə, erməni diasporunu çoxdan narahat edir. Azərbaycanın gündən-günə güclənməsi həm də ona işarədir ki, Azərbaycan gec-tez Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytaracaq. Yeri gəlmişkən, erməni diasporunu narahat edən məsələlərdən biri də odur ki, Azərbaycan gücləndikcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır, onlar isə bunu istəmirlər. Bu cür böhtan xarakterli yazıların təşkil olunması ilə erməni lobbisi həm də əslində Azərbaycan torpaqlarının işğalı faktını dünya ictimaiyyətinin diqqətindən yayındırmağa çalışır. Ona görə də təxribat xarakterli yazılarla Azərbaycana qarşı şər-böhtan kampaniyası təşkil edirlər”.
Etikxeber.az