MM-in Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu-MEKSİKA PARLAMENTİNƏ MÜRACİƏT ETDİ

Milli Məclisin (MM) rəhbəri olduğum Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri dünən meksikalı həmkarlarımıza, Meksika Parlamentinə məktubla müraciət etdi.

Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən İşçi Qrupunun rəhbəri, professor Jalə Əliyeva deyib.

Qeyd edib ki, müraciətdə ermənilər tərəfindən diplomatlarımıza və diaspor nümayındələrimizə qarşı son günlərdə həyata keçirilən təxribat hadisələri haqqında məlumat verilib.

“Ermənilərin məqsədli şəkildə təşkil etdikləri hücum və provakasiya cəhdlərini, özündə milli zəmində iğtişaşyaratma elementləri daşıyan əməllərini qəti şəkildə qınayaraq, beynəlxalq ictimaiyyəti bu kimi hadisələrdə ayıq-sayıqlıq göstərməyə dəvət etdik. Bunu da qeyd edim ki, 12 iyul hadisələri zamanı da Meksika Parlamentinə, Meksikanın Azərbaycandakı səfirliyinə müraciətlər ünvanlamış, onları haqlı mübarizəmizdə hər zaman olduğu kimi, yenə də bizə dəstək olmağa dəvət etmiş, eyni zamanda Azərbaycanın yanında olduqları üçün minnətdarlığımızı çatdırmışdıq. Məlumat üçün deyim ki, Ermənistan ordusunun Tovuza hücumunu pisləyən və mövqeyimizi müdafiə edən ilk ölkələrdən biri də məhz Meksika oldu”-deyə, J. Əliyeva qeyd edib.

21:33

Etikxeber.az

Read Previous

“Məsələnin daha fərqli və milli tərəfi var ki, bunu onlar başa düşə bilməzlər…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNDƏN ETİRAZ

Read Next

“Qəbula gələnlər kəndin içməli su probleminin qismən həllini tapdığını, lakin hazırda əkin sahələrinin suvarılması ilə bağlı su qıtlığı yaşandığını bildirdilər…”-JALƏ ƏLİYEVA SEÇİCİLƏRİ İLƏ NÖVBƏTİ VİDEOQƏBULUNU KEÇİRDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir