MM-in bugünkü iclası-MİLLƏT VƏKİLLƏRİ İYUNUN SONUNCU İCLASINDA 7 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏK

Bu gün saat 11:00-da Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə ilkin olaraq, 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

İclasa spiker, professor Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

Bu gün həm də MM-in növbədənkənar sessiyası öz işini başa vura və millət vəkilləri yay tətilinə yollana bilər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Paşinyan həmin aləti də itirdi…-TƏHLİL

Read Next

Millət vəkilləri yay tətilinə yollandılar-BİR DƏ SENTYABRDA GERİ DÖNƏCƏKLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir