Elm və təhsil komitəsi yeni tərkibdə ilk dəfə bir arada-TƏHSİL MÜƏSSİSƏLƏRİ LİSENZİYASIZ FƏALİYYƏT GÖSTƏRƏCƏKLƏR, İSA HƏBİBBƏYLİ PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ, KOMİTƏLƏRİN SAYTLARI YARADILACAQ- YENİLƏNİB- (4)

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün 6-cı çağırışda ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, saat 11:00-da başlayacaq ilk iclasa komitənin yeni sədri Bəxtiyar Əliyev sədrlik edəcək.

İclasda komitənin yaz sessiyası dövründə qanunvericilik işləri planı müzakirə ediləcək.

Qanunvericilik işləri planına “Ali təhsil haqqında” qanun layihəsinin salınması gözlənilir.

Bununla yanaşı, iclasda “Peşə təhsili haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlər attestasiyadan keçiriləcək.

Bu, “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Adlçəkilən qanuna təklif edilən digər dəyişikliyə əsasən bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlər attestasiyadan keçiriləcək.

Həmçinin, Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Bu isə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Xatırladaq ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.

Qanun layihələri müzakirələrdən sonra MM-in növbəti iclasına tövsiyə olunacaq.

Elm və təhsil komitəsinin üzvləri-TAM SİYAHI:

Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, İsa Həbibbəyli, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım

***

Komitənin iclası öz işinə başlaylb və iclasa professor B. ƏIiyev sədrlik edir.

***

Komitə sədri bildirib ki, gündəlikdəki qanun layihələrinə təklif olunan dəyişikliklər və əlavələr əsasən uyğunlaşdırma və uzlaşdırma xarakterlidir.

***

B. Əliyev bildirib ki, “Təhsil haqqında” qanun layihəsinə təklif olunan dəyişiklik çox humanist bir dəyişiklikdir.

Onun sözlərinə görə, belə ki, dəyişikliyə əsasən valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini dövlət öz üzərinə götürəcək.

Belə ki, mövcud qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

“Bu, çox humanist bir dəyişiklikdir. Hesab edirəm ki, komitə üzvləri də bu dəyişikliyi dəstəkləyəcəklər”-deyə, komitə sədri söyləyib.

Adıçəkilən qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) təklif edilən dəyişiklik layihəsinə əsasən isə orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.

Təklif edilən digər dəyişiklik orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə bağlıdır. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.

Komitə sədri həmçinin deyib ki, Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək.

Bu, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

***

Müzakirələr zamanı keçmiş sədr İsa Həbibbəyli öncə deputatlığa namizədliyinin irəli sürülməsi və dəstəklənməsinə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.

Qeyd edib ki, bundan sonra da ölkə Prezidentinin siyasətini dəstəkləyəcək.

“Əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimlə Azərbaycan dövlətinin və ölkə rəhbərinin yeritdiyi siyasətə öz dəstəyimi verməyə çalışacağam, bu siyasətə xidmətimi davam etdirəcəyəm“-deyə, o, əlavə edib.

***

B. Əliyev sonra bildirib ki, MM-in saytı yeniləcək, hər bir komitənin ayrıca saytı yaradılacaq.

Həmçinin, hər bir millət vəkilinin veb-səhifələri yaradılacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İctimai iaşə müəssisələrində təmizləmə və dezinfeksiya işləri necə aparılmalıdır?-AQTA AÇIQLADI

Read Next

Millət vəkilləri sabah yenidən-TOPLAŞACAQ – 3-CÜ PLENAR İCLAS KEÇİRİLƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir