MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi: ASLAN ABBASOV, ZAKİR ZEYNALOV, ƏLİ HÜSEYNLİ, RÖVŞƏN RZAYEV, MƏLAHƏT İBRAHİMQIZI, QÜDRƏT HƏSƏNQULİYEV…

6-cı çağırış Milli Məclisin (MM) ilk iclasında digər komitələr kimi, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin (bir zamanlar daimi komissiya adlanırdı) də sədr və sədr müavini seçilib.

Komitənin sədri yenə Əli Hüseynli olub, sədr müavini isə başqa millət vəkili ilə əvəzlənib.

Millət vəkili Məlahət İbrahimqızını sədr müavini vəzifəsində 5-ci dəfə MM-in üzvü olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev əvəz edib.

Qeyd edək ki, həm Ə. Hüseynli, həm də Q. Həsənquliyev 2-ci çağırışdan adıçəkilən komitədə fəaliyyət göstərirlər.

Həmçinin, qeyd edək ki, Ə. Hüseynli 6-cı çağırışda həm də Birinci vitse-spiker seçilib, o, bu vəzifədə hüquqşünas həmkarı Ziyafət Əsgərovu əvəzləyib.

Bəs görəsən, 1995-2020-ci illərdə bu komitəyə kimlər rəhbərlik ediblər?

Etikxeber.az-ın xəbərinə görə, birinci çağırış MM-də, 1995-ci ildə Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasına sədr əslən tovuzlu olan tanınmış hüquqşünas, hüquq elmləri doktoru-mərhum Zakir Zeynalov seçilib.

Müavini isə sonuncu çağırış Ali Sovetin və birinci çağırış MM-in üzvü olan (həm də adıçəkilən komissiyanın sabiq sədri) Aslan Abbasov seçilib.

Z. Zeynalov həmçinin, ikinci çağırışda (2000-ci ildə) adıçəkilən daimi komissiyanın sədri və müstəqillərin təmsilçisi olaraq, ilk dəfə vitse-spiker vəzifəsinə seçilib.

Ancaq onun ikinci çağırışdakı fəaliyyəti çox qısa çəkib, Z. Zeynalov 2000-ci ilin dekabrında qəflətən dünyasını dəyişib.

Sonra onu Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri vəzifəsində millət vəkili Ə.Hüseynli əvəzləyib.

Vitse-spiker vəzifəsində isə mərhum Z. Zeynalovu o zamanlar professor (2014-ci ildə akademik adını qazandı) olan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva əvəzləyib.

Ə. Hüseynli 3-cü, 4-cü və 5-ci çağırışlarda adıçəkilən daimi komissiyanın və komitənin sədri seçilib.

Eyni zamanda, 2005-2018-ci illərdə onun müavini vəzifəsini hazırda “Dövlətqaçqınkom”un sədri işləyən Rövşən Rzayev icra edib.

R. Rzayev Dövlət Komitəsinə sədr təyin edildikdən sonra onun boş qalan yerinə ixtisasca həm həkim, həm də hüquqşünas olan millət vəkili M. İbrahimqızı seçilib və bu vəzifəni iki ilə yaxın icra edib.

6-cı çağırışda isə yuxarıda da qeyd edildiyi kimi, Ə. Hüseynli növbəti dəfə sədr, Q. Həsənquliyev isə ilk dəfə olaraq sədr müavini seçilib.

Onu da qeyd edək ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi MM-in ən aktiv komitələrindəndir, MM-ə iclaslarına tövsiyə olunan bir çox qanun layihələri məhz bu komitədən gəlir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri:

Fəzail Ağamalı, Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Erkin Qədirli, Vüqar İsgəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev və Nizami Səfərov.

Etikxeber.az

Read Previous

509 mindən çox insanda koronavirus aşkarlanıb-ÜST

Read Next

“Dağlıq Qarabağın erməni icmasının bir sıra üzvləri son günlər seçkili nümayəndə kimi mənə müraciət ediblər ki…”-TURAL GƏNCƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir