MM-in iyundakı son iclası-7 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Milli Məclisin (MM) sabah keçiriləcək iclasının gündəliyi məlum olub.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

İclasa spiker, professor Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in iclası: İCRA MƏMURLARI İLƏ BAĞLI QANUNVERİCİLİYƏ, İNZİBATİ XƏTALAR, CİNAYƏT MƏCƏLLƏLƏRİNƏ DƏYİŞİKLİKLƏR EDİLDİ-YENİLƏNİB – (3)

Read Next

“Vəziyyət həqiqətən çətindir: Su qıtlığı, Kür və Araz çaylarında suyun minimum həddə düşməsi çətin durum yaradıb”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir