MM-in komitəsi iclaslarını rayonlarda keçirəcək

Milli Məclisin (MM) Gənclər və idman komitəsi  yaz sesisya çərçivəsində toplantılarını respublikanın müxtəlif bölgələrində keçirmək niyyətindədir.
Etikxeber.az xəbər  verir ki,  Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin 2016-cı il payız sessiyası dövründə gördüyü işlərin hesabatı və 2017-ci ilin yaz sesisyasının iş planı müzakirə olunaraq təsdiq edilib.
2016-cı ilin payız sessiyasında görülən işlər barədə məlumat verən komitə sədri Fuad Muradov bildirib ki,  bu müddət ərzində komitəyə 128 müraciət dacil olub:
“Biz də öz növbəmizdə müvafiq dövlət  qurumlarına 83 məktubla müraciət etmişik”.
Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin əksəriyyəti işsizlik,   tibbi xidmət, kredit problemi, təhsil və idmanla bağlı olub.
O, əlavə edib ki, komitə yaz sessisyasının iclaslarını respublikanın müxtəlif  bölgələrində keçirəcək.
Yaz sessiyası dövründə görüləcək digər işlərə gəlincə, F. Muradorv deyib ki, “Gənclər siyasəti haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi komitədə müzakirə olunacaq.
Etikxeber.az

Read Previous

Rauf Əliyev: “Hər bir mərhələdə məşqçilər öz pulunu alır, amma…”

Read Next

Eldar İbrahimov: “Ermənilər təkcə məğlub olmadılar, sındırıldılar və…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir