MM-in komitə sədri-BÜDCƏ MƏCƏLLƏSİNİN QƏBULUNU TƏKLİF ETDİ…

Dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir. 

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir:

“2019-cu ildə ilk dəfə təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ümumilikdə hesabata müsbət rəy verib. Amma bizi narahat edən bəzi məqamlar da var. 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz. Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışının az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir. Uğurlu fəaliyyətin əsas kriteriyası yalnız cəza, vermək büdcəyə vəsait cəlb etmək deyil. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyini nəzərə almalıyıq”.

O, qeyd edib ki, hesabat həm də komitə qarşısında böyük çağırışlar yaradır:

“Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var – xüsusilə Büdcə Məcəlləsinin qəbul edilməsinə. “Satınalmalar haqqında” qanunun təkmilləşdirilməsinə də zəruri ehtiyac yaranıb”.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Düşmənlərimiz heyətimizin səlahiyyətlərinin təsdiq olunmamasına ümid etsələr də, arzuları həyata keçmədi…”-SƏMƏD SEYİDOV AŞPA-NIN DAİMİ KOMİTƏSİNİN ONLAYN İCLASINDAN DANIŞDI VƏ … – YENİLƏNİB

Read Next

DTX Biləsuvarın eks icra başçısının həbsi ilə bağlı-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir