MM-in komitə sədri “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin rəhbərliyini-QƏBUL ETDİ VƏ…-FOTOLAR

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin (VMƏK) sədr əvəzi Qalib Əliyev və Birliyin icraçı direktoru Zamin Zeynal Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, VMƏK İB-in İdarə Heyəti fəalları görüş zamanı millət vəkilinin 44 günlük vətən müharibəsi dövründə, torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə Ordumuzun ön sıralarında fədakarcasına xidmət göstərərək, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçularla bağlı əmir və tapşırıqlarını layiqincə yerinə yetirərək, xalqımıza qələbə zəfəri bəxş etmiş Şəhidlərə, Şəhid ailələri və Qazilərə göstərdiyi diqqət və qayğısına görə, Q. Paşayevaya minnətdarlıqlarını bildiriblər.

Bununla yanaşı, milli, vətənpərvər ruhlu fəaliyyətinə görə Birliyin sədri Qurban Məmmədovun adından fəxri diplom və xarı bülübün simvolu, eyni zamanda, Azərbaycan xəritəsinin də yer aldığı hədiyyəni millət vəkilinə təqdim ediblər.

Görüş zamanı MM-in komitə sədri ilə milli, mədəni, vətənpərvər ruhunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək bu cür ictimai əhəmiyyətli görüşlərin, birgə vətənpərvər təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri öz növbəsində VMƏK İB-in sədri Qurban Məmmədov başda olmaqla, təşkilatın İdarə Heyətinə şəxsinə göstərilən diqqətə, vətənpərvər və fədakar fəaliyyətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, görüşün sonunda Q. Paşayeva adıçəkilən Birliyin İdarə Heyətinin fəallarına hədiyyələr təqdim edib.

Etikxeber.az

Read Previous

Millət vəkili Qırğızıstandakı referendumu-MÜŞAHİDƏ EDƏCƏK…

Read Next

Daha 2595 yeni yoluxma-DAHA 37 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir