MM-in komitə sədrinin müavini bu dəfə QHT təmsilçilərini dinlədi – GƏNCƏDƏ – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizədi, millət vəkili, parlamentin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri namizədi  Musa Quliyevin növbəti görüşü Gəncədə fəaliyyət göstərən Qeyri- Hökumət Təşkilatlarının (QHT) fəalları ilə olub.

Etikxeber.az xəbər verir ki, deputatlığa namizəd Musa Quliyev ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlər, qəbul olunan qanunlar, vətəndaş cəmiyyətinin inkişafı və hüquqları barədə məlumat verib, keçirilən bütün seçkilərdə vətəndaş cəmiyyəti üzvlərinin yüksək fəallığını təqdir edib.

Musa Quliyev eyni zamanda, Azərbaycanın dünyada nüfuzunun və demokratik dövlət imicinin güclənməsində qht sektorunun rolu və vəzifələri haqqında öz fikirlərini söyləyib.

Depuatlığa namizəd YAP-ın vətəndaş cəmiyyətinin inkişafında aparıcı rolunu vurğulamış, milli QHT-lər ilə əməkdaşlığa maraqlı olduğunu və onlara dəstək verdiyini də qeyd edib.

Görüşdə çıxış edən QHT fəalları vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında Prezident İlham Əliyevin dəstək və qayğısını həmişə hiss etdiklərini bildirib, növbədənkənar parlament seçkilərində YAP-ın kursunu gəncəlilər tərəfindən bir mənalı olaraq dəstəklədiklərini ifadə ediblər.

Görüş iştirakçıları Musa Quliyevin vətəndaş cəmiyyəti üzvləri ilə sıx, işgüzar əlaqələrini xüsusi olaraq qeyd edib və Milli Məclisdə onu öz təmsilçiləri olaraq gördüklərini bildiriblər.

Etikxeber.az

Read Previous

Fəzail Ağamalı “uşaqpulu” və uşaq doğumunun azalması ilə bağlı nələri -DİLƏ GƏTİRMİŞDİ? – MÜSAHİBƏ-VİDEO

Read Next

Jalə Əliyeva şəhid Vüqar Abdullayev və Nurlan Adbullazadənin ailəsinə-BAŞ ÇƏKDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir