MM-in növbəti plenar iclasının vaxtı dəyişdirildi – İCLAS SABAH KEÇİRİLƏCƏK – YENİLƏNİB

Milli Məclisin (MM) payız sessiyasının ikinci plenar iclasının vaxtı məlum olub.

Etikxeber.az-ın MM-dən əldə etdiyi məlumata görə, növbəti iclasın oktyabrın 18-də keçirilməsi nəzərdə tutulur.

İclasın gündəliyinə gəlincə, o, hələlik tam dəqiqləşməyib.

Bununla yanaşı, iclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, sözügedən qanun layihəsi bugünlərdə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq, plenar iclasa tövsiyə edilib.

meclis-4

Növbəti iclasda həmçinin, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş), “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsini nəzərdə tutan qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.

***

MM-in növbəti iclasının vaxtı dəyişdirilib.

Payız sessiyasının ikinci plenar iclasının öncədən 18-də keçirilməsi nəzərdə tutulsa da, son anda onun önə çəkilməsi, sabah, oktyabrın 8-də keçirilməsi qərara alınıb.

Yaxın bir saatda isə iclasın gündəliyinin açıqlanması gözlənilir.

Etikxeber.az

 

Read Previous

“Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir” – İLHAM ƏLİYEV – YENİLƏNİB

Read Next

“Təmiz Dünya” yeni layihənin icrasına başladı – 4 AY DAVAM EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir