MM-in növbəti iclası: 19-da 19 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ – MİLLİ KOORDİNATORUN HESABATI DİNLƏNİLƏCƏK, ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI MƏSƏLƏYƏ BAXILACAQ…

Milli Məclisin (MM) növbəti iclasının vaxtı məlum olub.

Etikxeber.az-ın xəbərinə görə, növbəti iclas mayın 19-da, saat 11:00-da baş tutacaq.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclasın gündəliyində isə 19 məsələ var.

İclasda əsas müzakirə mövzusu isə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı olacaq.

Məlumatı Daxili işlər nazirinin birinci müavini, yeni Milli Koordinator Seyfulla Əzimov verəcək.

Müzakirələrdən sonra illik məlumat səsə qoyularaq, təsdiqlənəcək.

İclasda əsas müzakirə mövzularından biri də ünvanlı dövlət sosial yardımı ilə bağlı dəyişikliklər layihəsi olacaq.

Etikxeber.az

Read Previous

Prezidentdən Qusar rayonu ilə bağlı növbəti-SƏRƏNCAM

Read Next

Regional məsələlər komitəsinin növbəti-ONLAYN İCLASI KEÇİRİLDİ, PANDEMİYADAN DANIŞILDI…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir