MM-in sabahkı iclası-TƏXİRƏ SALINDI, DEPUTATLARIN KORONVİRUSA YOLUXUB-YOLUXMADIĞI İSƏ SABAH BİLİNƏCƏK – YENİLƏNİB

Sabah, iyunun 23-də Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə ilkin olaraq,  17 məsələ daxil edilib.

Bunlar aşağıdakılar:

  1. “Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)
  2. .“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
  3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)
  4. İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında( ikinci oxunuş)
  5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
  6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
  7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
  8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)
  9. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)
  10. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş)
  11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
  12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)
  13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)
  14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)
  15. “Qeyri-hökumət təşkilatları, (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)
  16. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)
  17. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclasda yenə deputatlar bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

Deputatların hamısının iclasda iştirak edib-etməyəcəyi bu gün məlum olacaq.

Belə ki, deputatlar koronavirus pandemiyası ilə bağlı dünən növbəti dəfə müayinədən keçiriliblər.

Müayinənin, test nümunələrinin cavabları bu gün bilinəcək, cavablar mesaj vasitəsilə deputatların telefonlarına göndəriləcək.

Qeyd edək ki, 121 deputatdan 1-i, parlamentin komitə sədrinin müavini Sahib Alıyev iki gün öncə koronavirusa yoluxub.

Həmçinin, qeyd edək ki, MM-in bu ay ərzində sonuncu iclası iyunun 30-da keçiriləcək.

07:30

***

“İyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq. Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək”

Bu haqda isə bir az öncə MM Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İçməli su təchizatı, ödəmə terminallarının və bankomatların az olması, işsizlik və sosial müavinətlər görüşlər zamanı ən çox səsləndirilən fikirlərdəndir…”-MİLLƏT VƏKİLİ

Read Next

Baş Prokurorluq Abşerondakı məmur həbsləri ilə bağlı-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir