MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi-ONLAYN İCLAS KEÇİRDİ VƏ…

Aprelin 3-də Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

İclası komitə sədri Sadiq Qurbanov açaraq gündəlik barədə məlumat verib.

Etikxeber.az.az-ın xəbərinə görə, iclasda bildirilib ki, müzakirəyə bir məsələ – “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, İşsizlikdən sığorta haqqında”,  “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təqdim edilib.

İclasa internet vasitəsi ilə qatılan komitə üzvləri məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.

Deputatlar qanunlara təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.

Komitə sədri S. Qurbanov müzakirələrə yekun vuraraq məsələnin əhəmiyyəti barədə danışıb.

Tədbirin sonunda gündəlikdəki məsələ MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaq”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

“Koronavirusun yaratdığı fəsadlar kifayət qədər ciddidir, ona görə də…”-VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir