Millət vəkillərinin qış tətili başa çatdı-YAXIN GÜNLƏRDƏ 2022-Cİ İL YAZ SESSİYASI İLƏ BAĞLI MM-İN KOMİTƏ İCLASLARI BAŞLAYACAQ

6 çağırış Milli Məclisin (MM) və millət vəkillərinin qış tətili dünəndən, yanvarın 15-dən başa çatıb.

Etikxeber.az xəbər verir ki, sabahdan, ayın 17-dən millət vəkilləri qarşıdan gələn 2022-ci il yaz sessiyası ilə bağlı işlərinə dönəcəklər.

Yaxın günlərdə isə yaz sessiyası ilə bağlı MM-in komitələrinin iclasları keçiriləcək.

İclaslarda 2021-ci il qış sessiyasının yekunları ilə bağlı hesabatlar dinlənilib, təsdiqlənəcək, eyni zamanda, 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunub, sessiyanın açılış-ilk plenar iclasına tövsiyə olunacaq.

Komitələrdən ilk olaraq, Səhiyyə komitəsinin yanvarın 19-da iclasının keçirilməsi gözlənilir.

Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə uyğun olaraq, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Eyni zamanda, əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Yaz sessiyası Dövlət himininin səsləndirilməsi və oxunması ilə öz işinə start verir.

Onu da qeyd edək ki, yaz sessiyası hesabatlar sessiyası sayılır.

Belə ki, bu sessiyada ən azı 5 hesabat- Hökumətin (Baş nazirin), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin (Ədliyyə nazirininin birinci müavininin), Ombusmanın, Hesablama Palatasının və İnsan Alverinə Qarşı Mübazirə Üzrə Milli Koordinatorun (Daxili İşlər nazirinin birinci müavininin) hesabatları dinlənilir.

Kamil HƏMZƏOĞLU (HƏMODOV)

Etikxeber.az

Read Previous

Zəngilanda zəlzələ baş verdi-ERMƏNİSTANDA HİSS OLUNDU…

Read Next

Əslən Lerikli olan, Türkanda yaşayan, cəmi 19 yaşında Şəhidlik məqamına ucalan-4 MEDALLI RƏŞAD ŞİRİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir