MM-in xüsusi iclasının çağırılması təklif olundu

Spikerdən deputata cavab:  “Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır”

Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin (MM)  xüsusi iclasının çağırılması təklif olunub.

Etikxeber.az-ın xəbərinə görə, MM-in dünənki iclasında deputat Qüdrət Həsənquliyev bu təklifi edib.

Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan deputat qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.

KAMİL

Etikxeber.az

Read Previous

Milli Məclisdə “43-lər”-istiqlalçı deputatlar” mübahisəsi

Read Next

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir