Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Söhbət silahların satılmasından gedirsə, yadınızdadırsa, 1998 -ci ildə Yeltsinin hakimiyyəti dövründə Ermənistana külli miqdarda silahlar satılmışdı və bununla bağlı Azərbaycanın sərt reaksiyası olmuşdu. O vaxt da adını qoymuşdular ki, Rusiyanın Ermənistanla müqaviləsi var”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) sədrliyin Ermənistana olmasının Azərbaycan üçün hansısa təhdid yaradıb-yaratmayacağı məsələsinə münasibətini bildirəkən bildirib.
“Amma bilirsiniz ki, qondarma “DQR” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Onlar yığışa da, iclas da edə bilərlər, çünki müqavilələri var. Amma “Dağlıq Qarabağ” o təşkilatın üzvü olmadığından Azərbaycana da qarşı hansısa təhdid ola bilməz”-deyə, Z. Əsgərov deyib.
Etikxeber.az