MMA döyüşçümüz Nəriman Abbasov Moskvada növbəti sınağına çıxacaq – FOTO

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti sınağına çıxacaq.

Etikxeber.az xəbər verir ki, təmsilçimiz Moskvada təşkil olunacaq “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayacaq.

Yüngül çəkidə mübarizə aparan 24 yaşlı N.Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər.

mma

Bu gün keçiriləcək qarşılaşma “MOİK Arena”da baş tutacaq. Moskvadakı görüş hesabında 22 qələbə olan Nərimanın 26-cı döyüşü olacaq. Onun rəqibi isə 15-ci sınağına çıxacaq.

Qoqitidze bu döyüşlərdən 9-da qələbə qazanıb.

Etikxeber.az

Read Previous

“Bayer” Edvayla müqaviləni yenilədi

Read Next

TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib – NAZİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir