MN cəbhədə oktyabrın 23-nə olan vəziyyət haqqında-MƏLUMAT YAYDI…

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsini praktiki olaraq itirib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

Etikxeber.az

Read Previous

“Daha 20 kənd…Qələbə Onundur, onlarındır, Qalibiyyət Onundur, onlarındır! Ali Baş Komandana, Azərbaycan Ordusuna yalnız və yalnız Qələbə, Zəfər, Qalibiyyət yaraşır!”-JALƏ ƏLİYEVANIN YAZISI

Read Next

“Rusiyanın rəsmi şəxsləri tərəfindən bu cür qanunsuz və təxribatçı fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyinə ümid edirik”-ƏLİ ƏHMƏDOV DMİTRİ MEDVEDEVƏ MƏKTUB ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir