Mobil telefonla qan analizi aparılacaq – FOTO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTİ) kimya bölməsinin əməkdaşları mobil telefonla qanın analizini həyata keçirmək niyyətindədirlər.

Etikxeber.az Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, əvvəlcə xəstədən alınan qan xüsusi kağız üzərinə hopdurulur. Kağızın tərkibindəki maddələr qanla reaksiyaya girdikdən sonra telefonla fotosu çəkilir. Daha sonra telefona yüklənmiş müvafiq mobil tətbiqetmə ilə qanın analizinin nəticələri əldə edilir.

İYTİ-nin əməkdaşı Ümid Hakan Yıldızın sözlərinə görə, layihəni həyata keçirməkdə əsas məqsəd qan analizinin ucuz qiymətə başa gəlməsinə və onun nəticələrinin qısa müddətdə əldə edilməsinə nail olmaqdır. Bu üsulla, hətta qanda Hepatit B və Hepatit C viruslarını da müəyyən etmək mümkün olacaq.

Etikxeber.az

Read Previous

Mərkəzi Bank depozit hərracı keçirəcək

Read Next

Xəzərdə yenə zəlzələ oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir