Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aydın MİRZƏZADƏ: “Axtarış zamanı axtarışdan başqa hər məqama toxunan müxalifət nə dəfn mərasiminə gəldi, nə yasda iştirak etdi. Heç igid zabitimizin qəbir üstünə gül dəstəsi qoyan müxalif liderlərinə də rast gəlmirik. Onlar zabitimizin faciəsindən də siyasi divident götürməyə çalışdılar”
Düz bir ay Azərbaycan cəmiyyəti gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin və təyyarənin qalıqlarının axtarışını həyəcanla izlədi. Hamımızın içində Rəşadın sağ qalması ehtimalı ümidi var idi, bir möcüzə, bir sevincli xəbər gözləyirdik.
Möcüzə isə baş vermədi, tapılan ancaq pilotun nəşi və təyyarənin “qara qutu”su oldu. Hərbiçimiz ehtiramla dənfn edildi və təyyarənin qəzaya uğramasının səbəbləri açıqlandı. Hadisə artıq tarixə yazıldı, ancaq hesab edirəm ki, bir – iki məsələyə mütləq diqqət etmək lazımdır.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədrinin müavini Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, birinci məqam odur ki, təyyarənin düşdüyü yer Azərbaycan mütəxəssisləri tərəfindən müəyyən edildi və pilotun nəşi və təyyarə qalıqları ölkəmizin texniki imkanları hesabına həyata keçirildi. Deməli, Azərbaycan hətta belə hal üçün yüksək hazırlığa malik, peşəkar mütəxəssislərə və texniuki imkanlara malikdir.
O, qeyd edib ki, ikinci məqam, pilotun dəfninin dövlət səviyyəsində yüksək səviyyədə təşkil edilməsidir. Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn edildi, dəfn mərasiminə respublikanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın gül çələngi göndərdi , dəfn mərasimində dövlətin yüksək vəzifəli şəxsləri iştirak etdi.
“Üçüncü vacib məqam, pilotun axtarıldığı bir ay ərzində cəmiyyətin məsələni ciddi diqqətdə saxlaması, hərbi vətənpərliyin bütün yazı və sosial şəbəkə yazılarında özünü biruzə verməsidir. Faciə bizi daha da birləşdirdi, Vətənə, əsgərə olan sevgimizi daha da artırdı, Silahlı Qüvvələrə inamızın möhkəm olduğunu göründü.
Dördüncü məqam isə, bu məslədə radikal müxalifətin özünü bir daha ifşa etməsi oldu. Hadisədən radikallar hakimiyyətə hücüm üçün istifadə etməyə çalışdılar, hərəkətlər və bəyanatları ilə özlərini xalqla üzbəüz qoydular. Axtarış zamanı axtarışdan başqa hər məqama toxunan müxalifət nə dəfn mərasiminə gəldi, nə yasda iştirak etdi. Heç igid zabitimizin qəbir üstünə gül dəstəsi qoyan müxalif liderlərinə də rast gəlmirik. Onlar zabitimizin faciəsindən də siyasi divident götürməyə çalışdılar.
Rəşad Atakişiyevin əziz xatirəsi heç zaman qəlblərimizdən silinməyəcək, xalqımız onu igid, Vətənə bağlı bir hərbiçi kimi həmişə xatırlayacaq. Onun torpaqlarımızı işğaldan azad edilməsi arzusunu onun zabit dostları həyata keçirəcək və onun ruhu şad olacaq”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.
Etikxeber.az