Moldova Prezidenti Dodonun Aərbaycana səfəri başlayıb,rəsmi qarşılanma mərasimi olub – FOTO

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

Ertikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verdi.

Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdirdilər.

Etikxeber.az

Read Previous

Ərdoğan Kılıcdaroğlunu “yalan makinəsi” adlandırdı…

Read Next

“PENSİLVANYAYA QƏDƏR YÜRÜYÜN!”- Bu dəfə də Baxçalı ilə Kılıcdaroğlu qarşı-qarşıya gəldi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir